Sosial

700-ə yaxın vəzifəli şəxs cərimələnib

15 Mart, 2019
1165
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2018-ci ildə apardığı nəzarət tədbirləri açıqlanıb.

Nazirliyin martın 14-də yaydığı məlumatda bildirilir ki, həmin tədbirlər nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə, 7 milyon 27 min manat artıq və əsassız ödənişlər aşkar edilıb.

Məlumata görə, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 195 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlik bildirir ki, büdcədən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə və 7 şəhər ərazi nümayəndəliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Bura eyni zamanda təhsil, səhiyyə, geodeziya, kartoqrafiya müəssisələri, elmi tədqiqat institutları, uşaq bərpa mərkəzi, ali təhsil müəssisəsi və 2 səfirlik aid edilib.

"Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub”, nazirliyin açıqlamasında yazılıb.

410.1-ci maddədə söhbət dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə qaydalarının pozulmasından, ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmamasından, büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin smetaya uyğun xərclənməməsindən və normativdən artıq ştat vahidinin saxlanmasından gedir.

Bu maddəyə aid əməllər min manatadək məbləği əhatə edir.

410.2-ci maddə isə eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə tədbiq edilir.

"12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4.550,5 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədi ilə sənədlər Baş Prokurorluğa göndərilib”, nazirlik bildirir.

Həmin təşkilatlara Ağtsafa Rayon Mərkəzi Xəstəxanası, Qəbələ Qızıl Balıqartırma Zavodu, bir sıra rayon icra hakimiyyəti başçılarının kənd nümayəndəlikləri və başqa qurumlar daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo