11:02, 09 Fevral 2020 (Bazar) 537

76 saylı dairədə namizədin nümayəndəsi döyüldü

76 saylı dairədə namizədin nümayəndəsi döyüldü
76 saylı Lənkəran-Astara seçki dairəsində namizəd Xalid Bağırovun məşvərətçi hüquqlu komissiya üzvü Kamran Məmmədli fiziki zorakılığa məruz qalıb.

Bu barədə Toplum.tv-yə Kamran Məmmədli məlumat verib.

O bildirib ki, 30 saylı məntəqənin sədri ona fiziki zorakılıq tətbiq edib və məntəqədən uzaqlaşdırmağa çalışıb.

Məntəqəyə polis çağırılıb, akt tərtib edilib. 

Kamran Məmmədli deyib ki, olayla bağlı Mərkəzi Seçki Komissiyasına da məlumat verilib. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 159.1-ci maddəsinə görə, vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma -159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.