12:15, 16 Oktyabr 2019 (Çərşənbə) 549

9 ayda 346 mln dollarlıq neft məhsulları ixrac edilib

9 ayda 346 mln dollarlıq neft məhsulları ixrac edilib
Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 708 054,59 ton həcmində neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu həcmdə neft məhsullarının dəyəri 345 819,25 min ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,5%, dəyəri isə 18,66% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,33% olub