Dünya

Ağ ev və Kremlin müşavirləri nədən danışacaq

17 Avqust, 2018
1380
ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton gələn həftə Cenevrədə rusiyalı həmkarı Nikolai Patrushev-lə görüşəcək.
 
"Reuters” agentliyi onların silahlara nəzarət sazişlərini və İranın Suriyadakı rolunu müzakirə edəcəyini xəbər verir.

Trump iyulda rusiyalı həmkarı Vladimir Putin-lə helsinsikidə görüşəndən bəri bu, tərəflər arasında ilk yüksək səviyyəli görüşdür.

Trump həmin sammitdən sonra sərt tənqidə məruz qalmışdı. Bir səbəb onun Putinlə iki saatlıq görüşdə hansı məsələləri müzakirə etməsini açıqlamaması idi.

Görüşdən sonra açıqlanan məqamlardan biri o idi ki, Trump-la Putin İsrailin təhlükəsizliyinin təminatı üçün birlikdə işləməyə razılaşdıqlarını bildirdilər. Təl Əviv dəfələrlə İranın və Suriyadakı iranpərəst döyüşçülərin yəhudi dövlətinə təhdid olduğunu demişdi.

"Reuters”in avqustun 16-da yazmasına görə, Putin-Trump görüşünün əsas mövzusu Suriyadakı müharibə, İranın ordakı rolu və ölkədəki humanitar durum olub.

Agentlik bildirir ki, prezidentlər İran ordusunun, İsrailin tələb etdiyi kimi, Suriyadan çıxmalı olmasına razılaşıblar, amma Rusiya bunun çətin olduğunu bildirib.///AzadlıqRadiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo