12:49, 15 İyun 2019 (Şənbə) 101

Ağ Evə girmək istəyən kişi saxlanılıb

Ağ Evə girmək istəyən kişi saxlanılıb


/ DÜNYA
ABŞ Məxfi Xidmətinin əməkdaşları ölkənin Maliyyə Nazirliyi binası yaxınlığından Ağ Ev ərazisinə soxulmağa çalışan naməlum şəxsi saxlayıblar.

Bu barədə NBC telekanalı Xidmətin bəyanatına istinad edərək məlumat verib.

Məlumatda deyilir ki; "Kişi Maliyyə Nazirliyi binasının şimal-qərb tərəfindən maneələri aşmağa çalışıb. O, dərhal Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb".

Saxlanılan şəxsə polis məmuruna hücum və qanunsuz girişə cəhd üzrə ittiham irəli sürülüb. Kişinin adı açıqlanmır. Hazırda onun işi ilə Vaşinqton polisi məşğul olur.

Report.az