14:36, 02 Oktyabr 2019 (Çərşənbə) 954

Abbas Lisaninin həbs müddəti artırılıb

Abbas Lisaninin həbs müddəti artırılıb


/ DÜNYA
İran məhkəməsi milli fəal Abbas Lisanini həbs müddətini artırıb.

Bu barədə Amerikanın Səsi xəbər verib.

Xəbərdə deyilir ki, Ərdəbil Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və 2 il sürgün cəzasına məhkum olan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə artırıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, apelyasiya məhkəməsi türk fəalın ilkin məhkəmədə bəraət qazandığı iki ittihamı yenidən dosyaya əlavə edib.

İlkin məhkəmədə "Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək” və "GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” ittihamlarından bəraət qazanan Abbas Lisani "ölkənin təhlükəsizliyini pozmaq”da günahlandırılaraq 8 il həbs və iki sürgünə məhkum olunmuşdu.


Apelyasiya məhkəməsi onun ilk iki ittihamdan aldığı 8 il həbs cəzasını 10 ilə artırıb və digər ittihamlar əsasənda 5 il həbs cəzası əlavə edib.

Milli fəal İsa Əzizinin bildirdiyinə görə, ilkin məhkəmədə Abbas Lisaniyə ittihamlarını oxuyan hakim Ətəbati apellyasiya məhkəməsində onun kassasiya şikayətinə baxıb.

"Qəribə məsələ budur ki, Abbas bəyə hökm verildiyi zaman Ərdəbil məhkəməsinin prokuroru olan hakim Ətəbati indi də apellyasiya məhkəməsinin hakimi olaraq Abbas bəyin şikayətinə baxır. Yəni ilkin hökmü oxuyan adam indi kassasiya şikayətinə baxır” - İsa Əzizi bildirib.