Siyasət

ABŞ-a mühacirət müvəqqəti dayandırıldı

23 Aprel, 2020
537
Prezident Donald Tramp işçiləri qorumaq məqsədilə Birləşmiş Ştatlara mühacirətin müvəqqəti dayandırılması ilə bağlı fərman imzalayıb. 

Tənqidçiləri bu addımın koronovirus pandemiyası dövründə ölkədə ziddiyyətləri dərinləşdirəcəyini deyirlər.

"Bu, iqtisadiyyatımız açılanda bütün sahələrdə işsiz amerikalıların iş yerləri üçün növbədə birinci olacağı deməkdir”, – Tramp aprelin 22-də keçirdiyi brifinqdə deyib.

Trump noyabrda yenidən prezident postuna seçilmək istəyir. Onun sözlərinə görə, yaşıl kartların verilməsində 60 günlük fasilə elan etmək pandemiyanın iqtisadi fəsadına cavab olaraq "iş yerlərini qorumaq” üçün lazımdır. ABŞ-da koronavirusa 850 min nəfər yoluxub, 48 min nəfər dünyasını dəyişib.

Pandemiya azı 22 milyon amerikalının işini itirməsiylə sonuclanıb.

Fərmanın detalları ilə bağlı suallar açıq qalır. Belə ki, kənd təsərrüfatı sektoruna mövsümi işçilər kimi gedən mühacirlər ölkəyə buraxılacaq.

"Sui-istifadə”

Trump deyib ki, fərman Birləşmiş Ştatlara müvəqqəti daxil olmaq istəyənlərə aid olunmayacq və bu müddət ilkin 60 gündən sonra da uzadıla bilər.

Bu, respublikaçı prezidentin immiqrasiyaya qarşı sonuncu tədbiridir. 2016-cı ildə prezident seçilməsində bu məsələnin rolu olduğu düşünülür, builki təkrar seçki kampaniyasında da əsas məsələlərdəndir.

Amerika Vətəndaş Azadlıqları Birliyindən Andrea Flores planı pisləyib, deyib ki, görünür, Trump "həyatları xilas etməkdənsə, antimühacir hissləri alovlandırmaqda daha çox maraqlıdır”.

"Prezident Trump-ın pandemiyadan özünün irqçilik və ksenofobiyasını irəli aparmaqdan ötrü sui-istifadəsinə imkan verə bilmərik”, – o deyib.

Prezident öncəki fərmanları ilə mühacirəti məhdudlaşdırmağa çalışır. Milli təhlükəsizlik müşaviri Robert O’Brien deyir ki, immiqrasiyaya müvəqqəti yasaq da digər səyahət qadağalarına oxşar olacaq.

Yanvarında sonuna Birləşmiş Ştatlar Çindən hava səyahətini yasaqlayıb, Dövlət Departamenti isə mühacir vizaları daxil olmaqla bütün viza prosedurlarını dayandırıb.

Məntiqli addım, yoxsa...

O'Brien "Fox News”a deyib ki, administrasiya bu səyahət qadağalarının insanların həyatını xilas etdiyinə inanır.

İmmiqrasiyanın məhdudlaşdırılması tərəfdarı olan NumbersUSA təşkilatının prezidenti Roy Beck bu addımı məntiqli sayır.

"Milyonlarla amerikal işdən kənarlaşdırılıb. Onların nə qədərinin işsiz qalacağı bəlli deyil. Birləşmiş Ştatlar indiki məqamda əcnəbi işçi qəbul etməməlidir”, – o, "Twitter"də yazıb.

İşsizliyin artması və digər iqtisadi problemlər Trampın seçki kampaniyasına təsir göstərə bilər. O, kampaniyasını pandemiyadan öncəki ABŞ iqtisadiyyatının gücünü vurğulamaq üzərində qurub.

Demokratlar isə prezidenti böhran dövründə siyasi oyun oynamaqda suçlayır.

"Prezident Tramp diqqətimizi COVID-19-a ləng reaksiyasından yayındırmağa, günahı immiqrantların üzərinə yıxmağa çalışır”, – Nümayəndələr Palatasından Jerrold Nadler "Twitter"də yazıb.

arqument.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo