09:45, 11 İyun 2019 (Çərşənbə axşamı) 33

ABŞ Assanjın ekstradisiya edilməsinə çalışır

ABŞ Assanjın ekstradisiya edilməsinə çalışır


/ DÜNYA
ABŞ-ın Ədliyyə Nazirliyi "WikiLeaks"in yaradıcısı Culian Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya rəsmi sorğu göndərib.

"Report.az" bu barədə xəbər verir.

Xəbərə görə, sorğu ötən həftənin cümə axşamı günü göndərilib. 

Bu, Amerika tərəfindən Assanja qarşı sonrakı ittihamların irəli sürülməsini "az ağlabatan" edir. Rəsmi Vaşinqton və Londonun müqaviləsi sorğunun Assanjın həbsindən sonrakı 60 gün ərzində göndərilməli olduğunu nəzərdə tutur. 

Assanj Ekvadorun Londondakı səfirliyi ərazisində, aprelin 11-də saxlanılıb. ABŞ-ın Ədliyyə Nazirliyi "WikiLeaks"in yaradıcısı Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb. Qurum məhkum edilmiş fırıldaqçını əsas şahid qismində prosesə cəlb edib.