21:11, 05 Noyabr 2018 (Bazar ertəsi) 131

ABŞ Buşəhr AES-ə sanksiya tətbiq etməyib

ABŞ Buşəhr AES-ə sanksiya tətbiq etməyib


/ DÜNYA
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Buşəhr Atom Elektrik Stansiyasına (AES) şamil olunmayıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo məlumat verib. 

Onun sözlərinə görə, orada üç layihə var və Buşəhr də onlardan biridir: "Ancaq bu güzəşt müvəqqəti xarakter daşıyır. Yaxın zamanlarda sanksiyalardan müvəqqəti azad olunan üç enerji layihəsinin siyahısı dərc olunacaq".

Noyabrın 5-dən İranın daha çox enerji sektorunu ehtiva edən sanksiyalar qüvvəyə minib. Daha əvvəl Ağ ev İran neftinin idxalçılarını onun tədarükündən əl çəkməyə çağıraraq bu ölkənin neft ixracına son qoymaq hədəfini bəyan etmişdi. Bu günlərdə sanksiya siyahısında İranın 700-dən artıq hüquqi və fiziki şəxsinin, o cümlədən gəmi və təyyarələrin olduğu bildirilib.