Dünya

ABŞ-da impiçment teletranslyasiyasına 13.8 milyon tamaşaçı baxıb

15 Noyabr, 2019
507
Birləşmiş Ştatlarda 13.8 milyon nəfər Konqres demokratlarının prezident Donald Trampa qarşı impiçment dinləməsinin ilk açıq translyasiyasına tamaşa edib.

Bu barədə AzadlıqRadiosu məlumat yayıb.
 
Nielsen şirkəti noyabrın 14-də bildirib ki, 10 müxtəlif televiziya kanalı bu dinləməni canlı və ya video yazısı şəklində translyasiya edib.

Televiziya ilə yayımlanan ilk dinləmədə ABŞ-ın vəzifəli diplomatları Villiam Taylor və George Kent ifadə verirdilər.

Bu da vurğulanır ki, impiçment translyasiyasının tamaşaçısı cinsi təcavüzdə ittiham edilən Brett Kavanaugh-nın 2018-ci ildə yayımlanan nominasiya iclasının tamaşaçı sayından az olub.

Həmin dinləməyə 20.4 milyon adam baxmışdı.

Federal Təhqiqatlar Bürosunun keçmiş başçısı James Comey-nin ifadə verməsinə 19.5 milyon nəfər tamaşa etmişdi.

Trampın şəxsi vəkili Michael Kohenin ifadə verməsinə 13.8, ötən iyulda ABŞ xüsusi prokuroru Robert Muellerin ifadəsinə isə 12.9 milyon nəfər baxmışdı.

Nielsen şirkəti bildirir ki, impiçment araşdırmasına 2.9 milyon nəfər prezident Trump-a rəğbətli Fox News telekanalında baxıb.

Televiziya ilə ikinci impiçment translyasiyası noyabrın 15-də veriləcək.

Bu dinləmədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch ifadə verməlidir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo