10:33, 03 Aprel 2020 (Cümə) 154

ABŞ-da koronavirusdan ölənlərin sayı artıb

ABŞ-da koronavirusdan ölənlərin sayı artıb
ABŞ-da koronavirusdan 6 053 nəfər ölüb.

"Report” xəbər verir ki, məlumatı Cons Xopkins Universiteti yayıb.

Bildirilib ki, virusa yoluxanların sayı isə 245 500-ə çatıb. İnfeksiyanın ən çox qurbanı Nyu-Yorkda olub – 1 562 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 016 000-i ötüb. Bunların 213 131 nəfəri sağalıb, 53 237 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.