10:46, 20 Dekabr 2018 (Cümə axşamı) 708

ABŞ dolları bahalaşıb

ABŞ dolları bahalaşıb
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) dekabrın 19-da banklara verilən borc üzrə faiz dərəcəsinin – uçot dərəcəsinin yuxarı həddini 2,5% səviyyəsinə qaldırıb.

2 federal bankı birləşdirən FES ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir.

2015-ci ildə Azərbaycanda dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub. Martın 7-dən dollar banklara 1,7 manata təklif edilir.

Mərkəzi Bank dekabrın 20-də dollarla yanaşı Rusiya rublunun kursunu da sabit saxlayıb: 0,0253 manat.

Avronun məzənnəsi 1,9355 manata qalxıb. Gürcüstan larisi (0,6385 manat) və Türkiyə lirəsi də (0,3196 manat) bahalaşıb.

İngiltərə funt sterlinqinin rəsmi qiyməti isə 2,1474 manata düşüb (Məzənnələr).

Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 783,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Novator.az