20:00, 06 Noyabr 2019 (Çərşənbə) 42

ABŞ Ermənistana yardımı 40 faiz artırıb

ABŞ Ermənistana yardımı 40 faiz artırıb


/ DÜNYA
ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artıraraq 60 milyon dollara çatdırıb.

AzadlıqRadiosu xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, bura ABŞ Dövlət Departamenti ilə yanaşı, Müdafiə və Energetika nazirlikləri, ABŞ-ın Meşə xidməti , habel ABŞ Beynəlxalq İnkişaf Agentliyi-nin proqramları daxildir.

Xəbərdə bildirilir ki, bu vəsaitlər, həmçinin Ermənistanda demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə, enerji təhlükəsizliyi, insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və təhsil səhəsinin inkişafına da yönəldilib.

ABŞ 1992-ci ildən bu yana Ermənistana 2 milyard dollardan çox yardım verib.