17:49, 07 Yanvar 2021 (Cümə axşamı) 81

ABŞ-ın keçmiş prezidenti: "Bu, milli faciədir"

ABŞ-ın keçmiş prezidenti:
FOTO: Röyters
 
ABŞ-ın keçmiş prezidentləri Vaşinqtondakı iğtişaşlara münasibət bildiriblər

ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter, Bill Klinton və Kiçik Corc Buş Vaşinqtonda baş verən iğtişaşlara münasibət bildiriblər. 

Bu barədə yanvarın 7-də ABŞ mətbuatı xəbər yayıb. 

Cimmi Karter baş verənləri milli faciə adlandırıb. Karter Mərkəzinin "Tvitter" hesabında yazılan bəyanatda deyilir: "Rozalin (Karterin xanımı) və mən bu gün ABŞ Kapitolisində baş verən zorakılıqdan dolayı kədərliyik. Bu, milli faciədir və bizi bir millət kimi təqdim etmir... Biz xalqımızın şəfa tapması və hakimiyyətin təhvil verilməsini 200 il ərzində olduğu kimi yekunlaşması üçün dua edən həmvətənlərimizə qoşuluruq”. 

Bill Klinton "Tvitter"də bunları yazıb: "Bu gün biz Kapitoliyə, konstitusiyamıza və ölkəmizə görünməmiş hücumla üzləşdik. Bu hücum dörd ildən artıq müddətdə qəsdən dezinformasiya yayan, bizim sistemə qarşı inamsızlıq toxumu səpən və amerikalıları bir-birinə qarşı qoyan zəhərli siyasətlə qızışdırılıb”.

Kiçik Corc Buş isə Kapitolidəki hadisələri izləyərkən gözlərinə inanmadığını deyib: "Bu, seçki nəticələrinə hansısa banan ölkəsində edilən etirazdan idi, bizim ölkədə belə şey ola bilməz. Seçkidən sonra bəzi siyasi liderlərin ehtiyatsız davranışları və bu gün qurumlarımıza, adət-ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni şoka saldı”.