11:16, 04 Sentyabr 2019 (Çərşənbə) 53

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib


/ DÜNYA
ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.

Bu barədə "Report" xəbər verib.

Xəbərdə deyilir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.

ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.