21:07, 20 İyun 2019 (Cümə axşamı) 135

ABŞ İranı dronunu beynəlxalq hava məkanında vurması ilə ittiham edir

ABŞ İranı dronunu beynəlxalq hava məkanında vurması ilə ittiham edir


/ DÜNYA
İranın raket sisteminin ABŞ-ın dəniz Üzərində GenişMüşahidə (BAMS-D) dronunu vurduğu bildirilir.

Bu barədə məlumatı "Amerikanın səsi" yayıb.

ABŞ Mərkəzi Komandanlığı məlumatı təsdiq edib.

"İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil. Baş verən hadisə beynəlxalq hava məkanında uçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıqsız olan bir hücümdur. Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real-vaxt rejimində kəşfiyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur"-səfirlik bildirib.

Bundan əvvəl ABŞ rəsmiləri İran hərbi qüvvələrini Yaponiyaya məxsus "Cəsur Kokuka" neft tankerini minalamaqda ittiham edib və bununla bağlı dəlillər açıqlayıb.

İran rəsmiləri insidentin İran ərazisində baş verdiyini deyib.

İranın rəsmilərinin sözlərinə görə, Inqilab Keşikçilərinin Hörmüz boğazı yaxınlığında ölkənin cənubi Hormozqan vilayəti üzərindəki hava hövzəsində vurduğu RQ-4 Global Hawk dronu olub.