11:20, 13 Dekabr 2019 (Cümə) 103

ABŞ prezidenti bəzi Çin məhsullarına 15%-lik gömrük vergisini ləğv edib

ABŞ prezidenti bəzi Çin məhsullarına 15%-lik gömrük vergisini ləğv edib


/ DÜNYA
ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən 160 milyard dollarlıq məhsula 15%-lik gömrük rüsumunun tətbiqinin təxirə salınmasını nəzərdə tutan ticarət razılaşmasının ilk bəndini təsdiqləyib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Çinin daha çox kənd təsərrüfatı məhsulu almaq öhdəliyini özündə əks etdirən saziş D.Trampa təqdim edildikdən sonra, tərəflər Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının azadılmasını müzakirə ediblər.

"Çin ilə böyük bir müqavilə imzalayırıq. Onlar istəyirlər, biz də elə!" - D.Tramp sosial media səhifəsində açıqlama verib.

Ticarət razılaşması ilə bağlı nikbinlik birjalarda canlanmaya səbəb olur və səhmlər bahalaşıb.