21:17, 19 Dekabr 2018 (Çərşənbə) 182

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb


/ DÜNYA
ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb. 

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

Rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxaracağı barədə xəbərdarlıq edib.

Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.

"ABŞ qoşunlarını çıxarmağa başlamışıq, bu kampaniyanın sonrakı mərhələsinə keçirik”, – deyə onun ABŞ-ın Suriyadakı əməliyyatlarına həsr olunmuş yazılı açıqlamasında qeyd edilib.

Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.