14:09, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 77

ABŞ Rusiya kəşfiyyat orqanlarını kiberhücumlarda ittiham etdi

ABŞ Rusiya kəşfiyyat orqanlarını kiberhücumlarda ittiham etdi
ABŞ Rusiya kəşfiyyat orqanlarını kiberhücumlarda ittiham etdi

Kiberhücumlar nəticəsində ABŞ-a milyardlarla dollar həcmində ziyan dəyib

ABŞ-ın ədliyyə nazirliyi 19 oktyabrda Rusiya hərbi kəşfiyyatının 6 zabitini iri kiberhücumlar törətməkdə ittiham edib. 

Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarının günahladırıldığı prokuratura sənədlərində göstərilir ki, kiberhücumlar nəticəsində ABŞ-a milyardlarla dollar həcmində ziyan vurulub. 
Bu barədə xəbəri "New York Times" qəzeti yayıb. 

Amerikalı rəsmilər kiberhücumlar törətməkdə günahlandırılan şəxslərin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə edən şəxslər olduğunu bəyan edib. 

Həmin vaxt onlar Demokratlar partiyasının rəsmilərinin yazışmalarını ələ keçirmişdilər. 

Onların həmçinin 2017-ci ildə Fransada prezident seçkilərinə müdaxilə etdiyi bildirilir. 

Hücuma məruz qalanlar arasında Britaniyanın kəşfiyyat orqanları və Ukraynanın dövlət qurumları da var.  

"New York Times"ın yazdığına görə, irəli sürülən itthamlar Tramp administrasiyasının Rusiyanı başqa ölkələrin işlərinə müdaxiləyə görə, cəzalandırmaq üçün atdığı addımdır.  
Ədliyyə nazirliyi hələlik Rusiyanın 2020-ci il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı məlumat yaymayıb. Bununla belə, ABŞ kəşfiyyat orqanları belə cəhdlərin olduğu qənaətinə gəliblər. 

Rusiyanın Vaşinqtondakı səfirliyi itthamları rədd edib.