22:02, 26 Sentyabr 2019 (Cümə axşamı) 296

ABŞ Rusiyaya qarşı daha geniş sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı daha geniş sanksiyalar tətbiq edəcək


/ DÜNYA
ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.

 RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.

Xüsusilə "qara siyahı"ya Rusiyanın "Maritaym Assistans" MMC  şirkəti salınıb. Onun sanksiyalara məruz qalan "Sovfraxt"  şirkəti ilə əlaqəli olduğu bildirilir.