18:56, 09 Sentyabr 2019 (Bazar ertəsi) 53

ABŞ Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər

ABŞ Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər


/ DÜNYA
ABŞ Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiya tətbiq edə bilər. 

TASS  İA  verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. 

Onun sözlərinə görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasıdır.  

Nazir deyib ki, sanksiyaların tətbiqi məsələsi araşdırma mərhələsindədir.  

 2017-ci ildə ABŞ-da "Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” adlı federal qanun qəbul edilib.