Sosial

Ağciyər Xəstəlikləri İnstitutunda son 2 gündə 3 nəfər ölüb

20 Fevral, 2020
900
Yanvardan bu günədək ölənlərin sayının 24-ə çatdığı bildirilir

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 2 gündə 3 xəstə vəfat edib.
 
MeydanTV xəbər verir ki, bu barədə ictimai vəkil Samir Zeynalov məlumat verib. Xəstələrdən biri fevralın 18-də, ikisi isə 18-dən 19-na keçən gecə ölüb. Beləliklə də, yanvardan fevralın ikinci ongünlüyünədək ölənlərin sayı 24-ə çatıb. İctimai vəkil iddia edib ki, ölüm halları reanimasiya şöbəsində həkim-reanimatoloqun olmaması səbəbindən baş verir.

TƏBİB-dən Meydan TV-nin sorğusuna cavab verilməyib. Ancaq Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan faktı təsdiqləyiblər. Bildiriblər ki, ölən xəstələrdən birinin 66 yaşı var. Ona kəskin ağciyər- ürək çatışmazlığı diaqnozu qoyulub. Mərhum həm də xərçəng xəstəsi imiş. Digər xəstə isə 1978-ci il təvəllüdlüdür. O, fevralın 18-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona ikitərəfli pnevmaniya, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Üçüncü xəstə haqda məlumat verilməyib.

Ağciyər Xəstəlikləri İnstitutunun adının açıqlanmasını istəməyən yetkilisinin sözlərinə görə, bu xəstəxanada ötən il ümumilikdə 114 nəfər ölüb. 2019-cu ilin yanvarında 6 xəstə vəfat edib. Bu ilin yanvarında isə ölənlərin sayı 20-yə çatıb. Ötən il xəstəxanadan bir neçə həkim, o cümlədən həkim-reanimatoloq işdən çıxıb.

İnstitut bu ilin yanvarından Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib. TƏBİB institutda yoxlama aparıb. Bunu ictimai vəkil Samir Zeynalov, habelə institutdan təsdiqləyiblər. Lakin qurumdan ölüm hallarının artması və yoxlamaların nəticələri ilə bağlı indiyədək açıqlama verilməyib. Yalnız onu bildiriblər ki, ölüm səbəblərinin hazırda dünyada yüzlərlə insanın yoluxmasına səbəb olmuş təhlükəli koronavirusla əlaqəsi yoxdur.

Xəstəxanadan adının açıqlanmasını istəməyən həkimlərdən biri deyib ki, ağır vəziyyətdə xəstələr gətirilir. Hətta bəzən hərarəti 40 dərəcəyə çatmış xəstələr evdə saxlanılır, yalnız həyati təhlükə yaranandan sonra həkimə çatdırılır: "Regionlarda vərəm xəstəliyinə yoluxmuş şəxslər vaxtında həkimə müraciət etmirlər. Bəziləri xəstəliyi yaxınlarından, qonşularından gizlədir. Son nəticədə həkimə gec çatdırıldıqları üçün həyatlarını xilas etmək mümkün olmur”. Həkim onu da deyib ki, ölənlərin əksəriyyəti narkotik vasitə istifadəçisidir. Aralarında hepatit virusuna yoluxanlar da var. Yanaşı xroniki xəstəlikləri olduğundan vəziyyətləri daha da ağırlaşır.

Vərəm xəstəliklərinin müalicəsində təyin olunan dərmanlar dövlət tərəfindən pulsuz verilir, lakin xəstələr qeydiyyata düşməkdən çəkindiyindən həmin dərmanları ala bilmirlər. Vərəmin müalicəsində tətbiq olunan dərmanların açıq satışı qadağandır. Həkimlərdən biri deyib ki, xəstələrin vərəm dispanserlərində qeydiyyata düşməmələri də xəstəliyin vaxtında düzgün müalicə olunmamasına səbəb olur:

"İlk növbədə regionlardakı vərəm xəstəxanalarında nöqsanları aradan qaldırmaq lazımdır ki, qeydiyyata düşməyən xəstələri müalicə etməsinlər. Beləliklə, həmin xəstələrin ailə üzvləri də yoluxma təhlükəsi ilə üz-üzə qalmasın. Vərəmin müalicəsi xəstəliyə uyğun tətbiq olunur və xəstə tam yoxlamadan keçmədiyi təqdirdə dərmanlar da işə yaramır”,- adını açıqlamaqdan çəkinən həkim qeyd edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo