11:54, 15 Yanvar 2019 (Çərşənbə axşamı) 1133

Aclıq aksiyaçılarının tələbi -VİDEO

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə yanvarın 3-dən başlanan aclıq aksiyası davam edir.

Aksiyaya müxalif partiya üzvləri, siyasi və ictimai fəallar qoşulub.

Bloger M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

M.Hüseynov ittihamı qurama sayır.

İqrar Qurban
Gözəl Vahidova
Toplum Tv