14:27, 25 Oktyabr 2020 (Bazar) 71

Ağdam, Tərtər, Ağcabədi atəşə tutulur

Ağdam, Tərtər, Ağcabədi atəşə tutulur
Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə oktyabrın 25-də Müdafiə Nazirliyi məlumat yayıb.
İnsan itkisi və dağıntı haqqında məlumat verilmir.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. Razılaşmaların pozulmasında terefler bir-birini günahlandırırlar.