16:48, 26 Oktyabr 2020 (Bazar ertəsi) 71

Ağdamda məktəb binası atəşə tutulub

Ağdamda məktəb binası atəşə tutulub
Oktyabrın 26-da Ermənistan Ağdamın Qaradağlı kəndini atəşə tutub. 
 
Bu barədə Təhsil Nazirliyi məlumat verib. 
 
Məlumatda Qaradağlı kənd məktəbinə ciddi ziyan dəydiyi bildirilir. 
 
400 şagirdin təhsil aldığı məktəbdə 43 müəllim pedaqoji fəaliyyət göstərir. 
 
Nazirliyin verdiyi məlumata görə, indiyədək Ermənistanın raket hücumları nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.

Növbəti atəşkəs razılaşması isə bu gün saat 08.00-da qüvvəyə minib.