11:18, 19 Noyabr 2020 (Cümə axşamı) 191

Ağdamdan çıxan ermənilər evlərini yandırır - VİDEO

Ağdamı tərk edən ermənilər evləri və mağazaları yandırırlar. Bu barədə noyabrın 19-unda "Sputnik Armenia” məlumat yayıb. 

Ağdamın Boyəhmədli kəndində yaşayan Armen adlı şəxs özünün evini və ərzaq dükanını yandırıb. 
O, 10 ildir, bu kənddə yaşadığını, evinin və dükanının azərbaycanlılara qalmaması üçün belə etdiyini deyib. 

Kəndin digər sakinləri də əllərinə keçənləri özləriylə aparır, qalan şeylərə isə od vururlar. 

Oxşar hadisələr Kəlbəcər rayonunda da baş vermişdi. Bölgəni tərk edənlər evlərə, dükanlara od vurur, elektrik yarımstansiyalarını söküb özləriylə aparırdılar. 

Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da, bu tarix noyabrın 25-dək uzadılıb. Ermənistan Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixinədək Azərbaycana qaytarmalıdır.