18:59, 30 Oktyabr 2019 (Çərşənbə) 94

Adil Qeybulla: "Əməliyyat uğurla başa çatıb"

Adil Qeybulla:
Hüquq müdafiəçisi Oqtay Güləliyevin üzərində keçirilən cərrahiyyə əməliyyatı başa çatıb.

"Ciyt Hospital”ın həkimi, professor Adil Qeybulla əməliyyatın uğurla başa çatdığını deyir.

Həkimin sözlərinə görə, əsas əməliyyatın təhlükəli mərhələsi  bitib, hüquq müdafiəçisi hazırda narkozdadır: "Narkoz keçəndən sonra reanimasiya otağına keçiriləcək. Kritik durumdan çıxmağını gözləmək lazımdır. Böyük zərbədən beyin əzilməsi olub, içəridə damarlar zədələnib və hemotoma yaranıb. Yavaş-yavaş sızaraq gəlib bu həddə çatıb”. 

Abil Qeybulla Oqtay Güləliyevin əməliyyata gec götürülmədiyini deyib: "Kompüter tomaqrafiyası 12 saatdan  sonra olmalı idi və həmin müddətdə də olub”.

Abil Qeybulla bildirib ki, ola bilsin sıxılma olduğu üçün beynin bir tərəfində zəiflik qalsın: "Düşünürəm ki, cavandır, bərpa imkanları çoxdur. Beyinin bərpa olunmasını proqnozlaşdırmaq çətindir və gözləmək lazımdır”.

 
 
 
 
Oqtay Güləliyev 29 oktyabr axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub. 
 

Elmar Əziz