17:55, 14 Oktyabr 2019 (Bazar ertəsi) 886

Akademik Vasim Məmmədəliyev dəfn olunub

Akademik Vasim Məmmədəliyev dəfn olunub
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunub.

ToplumTV-nin məlumatına görə, əməkdar elm xadimi akademik Vasim Məmmədəliyevin vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Vida mərasimində elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 27 avqust 1942-ci il Bakının Kürdəxanı kəndində anadan olub. 

Əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib. 

O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 

İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 

1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb.  

30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 

20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. 

Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

Zərifə Novruz