16:35, 16 Oktyabr 2019 (Çərşənbə) 1019

Almaniyada azərbaycanlı özünə xəsarət yetirib

Almaniyada azərbaycanlı özünə xəsarət yetirib
53 yaşlı azərbaycanlının ölkəyə deportasiya olunmamaq üçün özünə xəsarət yetirdiyi bildirilir.

Almaniya Polisinin xüsusi təyinatlı dəstəsi (SEK) 14 oktyabrda sığınacaq axtaran şəxsin İserlohndakı  mənzilə hücum edib.

Bu barədə Märkischen dairəsinin rayon polis idarəsindən "İKZ-online.de”-yə məlumat verilib.

Məlumata görə, Azərbaycandan olan 53 yaşlı kişinin Almaniyaya sığınacaq üçün müraciəti rədd edildiyinə görə, deportasiya edilməli idi. Bazar ertəsi səhər Iserlohnda sığınacaq axtaran şəxs özünü barrikada edib.

İmmiqrasiya idarəsinin əməkdaşları saat 6 radələrində mənzilə gələndə kişi qapını kilidləyib və özünü bıçaqla öldürəcəyini deyib. Daha sonra polisin xüsusi təyinatlı dəstəsi (SEK) gəlib. Özünə xəsarət yetirmiş azərbaycanlı xəstəxanaya aparılıb. Polisin dediyinə görə, o, SEK missiyasından əvvəl özünü yaralayıb. Saat 8-də xüsusi təyinatlılar yola düşüb.
 
Elmar Əziz