19:33, 03 Noyabr 2018 (Şənbə) 145

Almaniyada ölüm hökmü ləğv edilib

Almaniyada ölüm hökmü ləğv edilib


/ DÜNYA
Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.

Beləliklə, ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.

Ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.

Qeyd edək ki, bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.