19:15, 30 İyul 2019 (Çərşənbə axşamı) 50

Altamira həbsxanasında 57 məhkum ölüb

Altamira həbsxanasında 57 məhkum ölüb


/ DÜNYA
Braziliyanın Altamira həbsxanasında baş verən üsyan nəticəsində 57 məhkum ölüb.

Səhər saatlarında 2 qrup arasında baş vermiş davadan sonra başlayan üsyan 5 saat davam edib, məhkumlar həbsxananın bir hissəsini yandırıb.

Rəsmilər ölən məhkumlardan 16 nəfərin başının kəsildiyini, digərlərinin isə yanğın zamanı tüstüdən boğulduğunu açıqlayıb.

Üsyanda girov alınan 2 həbsxana işçisi də daha sonra xilas olunub.

Ölkənin şimalında Para əyalətində yerləşən və 200 nəfər məhbus tutumu olan həbsxanada 300 nəfərdən çox məhkum saxlanılır.

Braziliya həbsxanalarında 750 min nəfərlə dünyada ən çox məhkumu olan üçüncü ölkədir.

Vüqar Mirzəbəy