11:04, 04 Yanvar 2019 (Cümə) 652

AMB-nin yeni hesabatları

AMB-nin yeni hesabatları
Kredit və əmanət hesabatları açıqlanıb. 

Mərkəzi Bankın məlumatına görə,2018-ci il dekabrın 1-nə kreditlərin məbləği 12 milyard 172,1 milyon manata qalxıb, əmanətlərin həcmi 8 milyard 73,5 milyon manata düşüb.

Ötən il noyabrın 1-nə kreditlərin məbləği 11 milyard 889,2 milyon manat, əmanətlərin həcmi 8 milyard 140 milyon manat idi.

2018-ci ilin 11 ayında kredit məbləğində 834,5 milyon manat, əmanətlərin həcmində 512,3 milyon manat artım qeydə qalınıb. Kreditlərin məbləği ötən il yanvarın 1-nə 11 milyard 337,6 milyon manat, əmanətlərin həcmi 7 milyard 561,2 milyon manat göstərilib.