Manşet

"Amerikanın zərrə qədər ağlı olsa, İranla hərbi münaqişəyə girməz" - Politoloq

22 May, 2019
594
ABŞ və İran arasında münasibətlər yenidən gərginləşib. 

Mayın 21-də İran prezidenti Həsən Ruhani deyib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ölkəyə qarşı açılmış "iqtisadi müharibə" ilə mübarizə aparmaq üçün ölkədə hərbi qurumlara ehtiyac var. 

Ruhaninin bu sözlərindən sonra ABŞ-İran münaqişəsi yenidən gündəmə gəlib.

Tehran ilə Vaşinqton arasındakı gərginlik 2015-ci il nüvə sazişindən Amerikanın imtina etməsi ilə başlanıb.

Həmin vaxtdan indiyə qədər ABŞ İrana qarşı müxtəlif sanksiyalar tətbiq edib və İranla münasibəti olan ölkələrə də sanksiya tətbiq etməklə hədələyib.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, Amerikanın zərrə qədər ağlı olsa, İranla hərbi münaqişəyə girməz: "Hərbi münaqişə minlərlə Amerikan əsgərinin ölməsi ilə nəticələnə bilər və bu Trampın kareyrasına son qoya bilər. Sadəcə, Tramp blef etməyi və vəziyyəti gərginləşdirməyi sevir. Şimali Koreyaya da xeyli hədə gəlmişdi. Sonra gedib Şimali Koreya lideri ilə görüşdü. İndi də, yəqin, Ruhani ilə görüşmək istəyir. Tramp çox qeyri-ciddi adamdır”.
 
 
Zərdüşt Əlizadə

Politoloq İranın nüvə sazişini mümkün qədər saxlayacağını deyib: "İndi həm Avropa, həm də Rusiya, həm də Çin Amerikanı tənqid edir. Belə şəraitdə çətin ki, İran nüvə sazişindən çıxsın. Amma digər tərəfdən İran Avropaya 60 gün vaxt verib ki, Amerikanı mövqeyindən çəkindirsin. Əks təqdirdə İranın nə edəcəyini bilmək çətindir”. 

Politoloq Şahin Cəfərli isə böyük müharibə o zaman ola bilər ki, İran öz nüvə proqramını bərpa etsin: "Bu halda ABŞ və İsrail hərəkətə keçəcək. İrana da, dünyaya da açıq mətnlə bildirildi ki, Tehran nüvə silahı proqramına qayıtsa, Moskva ona dəstək verməyəcək. Bu, o deməkdir ki, İrana qarşı əməliyyatın BMT Təhlükəsizlik Şurası səviyyəsində sanksiyalaşdırılması ehtimalı da var”.
 
 
Şahin Cəfərli 

Şahin Cəfərliyə görə, böyük müharibə böyük büdcə deməkdir və hərbi əməliyyatlar teatrına böyük zərbə qruplaşmasının cəmləşdirilməsini tələb edir. Hazırda ABŞ-ın bölgəyə göndərdiyi qüvvələr bu vəzifə üçün nəzərdə tutulmayıb. 

Politoloq deyir ki, hələlik Tramp hökumətinin məqsədi sanksiyalar yolu ilə İranın iqtisadi iflasına nail olmaq və masaya oturmağa məcbur etməkdir: "Sanksiyaların hədəfi həm də İranda həyatı dözülməz edib, əhalinin rejimdən narazılığını pik həddinə çatdırmaqla ölkə daxilində kütləvi etirazları körükləməkdir”.

Bu ayın əvvəli ABŞ-ın Aralıq Dənizindəki  Avraam Linkoln təyyarə daşıyıcısından Yaxın Şərqə döyüş təyyarələri göndərilib. 

Tramp administrasiyasının bildirdiyinə görə, onların məqsədi İrandan ABŞ qüvvələrinə qarşı açıq təhlükə əlamətlərinə müqavimət göstərməkdir.

Uğur Fərzəli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo