Dünya

"Amnesty International" Amerikanın siyasətini tənqid edir

1 Fevral, 2019
1031
"Amnesty International" hüquq müdafiə təşkilatı Birləşmiş Ştatların Meksikayla sərhədinə gələn sığınacaq axtaranlara qarşı siyasətini pisləyib, onu "utancverici, pis niyyətli və qanunsuz” adlandırıb.

Qrup yanvarın 31-də bildirib ki, Birləşmiş Ştatlar sığınacaq axtaranları məhkəmələrini gözləməkdən ötrü Meksikaya göndərməklə beynəlxalq hüququ pozur.

"Bu, sürgündür, təqib riski olan fərdlərin daha çox ziyan görə biləcəyi ölkəyə qaytarılmasıdır”, – "Amnesty International"ın İrlandiya bölməsinin icraçı direktoru Colm O'Gorman deyib.

Prezident Donald Tramp bu siyasəti ötən il irəli sürüb, ona "Meksikada qalın” adını verib.

ABŞ administrasiyası bildirir ki, məqsəd Trump-ın "tut və burax” adlandırdığı praktikaya son qoymaqdır. Yəni daha sənədsiz miqrantların sərhədi keçməsinə, məhkəmədə onların işinə baxıldığı müddətdə Birləşmiş Ştatlardan sığınacaq istəməsinə icazə verilməyəcək.

Birləşmiş Ştatlar rəsmilərinin bildirməsinə görə, bu adamların çoxu bir daha məhkəməyə gəlmirlər, ABŞ-da qanunsuz mühacirə çevrilirlər.

Hazırda 800 min müraciət baxılmasını gözləyir. Mühacirlərin çoxu Mərkəzi Amerikadan, əsasən Hondurasdan, Qvatemaladan, El Salvadordan qaçır.

İnsan haqları qrupları və ABŞ rəsmiləri miqrantların Meksikanın sərhəd regionlarında işgəncə gördüyünü, zorlandığını, öldürüldüyünü bildirir.

Qanunsuz immiqrasiya administrasiya və konqresmenlər arasında qızğın müzakirə mövzusudur. Trump və respublikaçıların tədbirlər görülməsinə, məsələn, cənub sərhədinin hasarlanmasına çağırır. Demokratlar isə belə bir hasarı qanunsuz mühacirlərin qarşısını almaqdan ötrü səmərəsiz və bahalı metod sayır.
 
Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo