10:47, 18 İyun 2019 (Çərşənbə axşamı) 49

Anar Bağırov: "Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır"

Anar Bağırov:
"Vəkillərin vergi yükü çoxdur. Bu yükün azaldılması, hətta regionlarda fəaliyyət göstərən vəkillərin tamamilə vergidən azad edilməsi mümkündür".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Anar Bağırov bildirib ki, Azərbaycanda vəkilliyə maraq artıb və mütəmadi imtahanlar keçirilir: "Bu gün deyirlər ki, Azərbaycanda vəkillərin sayı azdır. Biz sayı artırmaq üçün əlimizdən gələni edirik. Ancaq Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır".

Kollegiya sədri deyib ki, məhkəmə-hüquq sahəsindəki islahatlarla korrupsiya halları və digər neqativ məsələlər aradan qalxdıqca, vəkilliyin nüfuzu daha da artacaq.

Report.az