Siyasət

Anar Məmmədli: "...Əkrəm Əylisli üzərindən ev dustaqlığı da götürülsün"

8 Yanvar, 2021
650
Anar Məmmədli
FOTO:sosial media

"İlham Əliyevin müşavirədəki çıxışından belə anlaşılır ki, hökumətin post-müharibə dövrü ilə bağlı yol xəritəsi tam hazır deyil. Səslənən bəzi fikirlərdən bəlli oldu ki, 10 noyabr atəşkəs sənədində çatışmazlıqların olmasını anlayırlar. Bir yandan bunu etiraf edir, digər yandan isə müxalifəti qeyri-vətənpərvərlikdə ittiham edirlər. Əslində həmin sənədlə bağlı çatışmazlıqları iki ay ərzində çoxları, o cümlədən müxalif siyasi fəallar da səsləndirib. Cavabsız qalan suallara isə hələlik açıqlama verən yoxdur”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, insan hüquqları müdafiəçisi Anar Məmmədli prezidentin son çıxışına belə münasibət bildirib.

Prezident İlham Əliyev  yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə beynalxalq qrumların Azərbaycanda gedən işlərə müsbət yanaşdığını vurğulayıb: "Dünya Bankının "Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının "Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.

Anar Məmmədlinin qənaətincə, müstəqil iqtisadçıların prezident tərəfindən məişətdə işlədilən ifadələrlə qınanması siyasi dözümsüzlüyün bariz nümunəsidir: "Ölkə başçısının istinad etdiyi "Doing Business” hesabatı heç bir halda iqtisadiyyatın inkişafına dair tutarlı dəlil sayıla bilməz. Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı kimi ölkələr saxta statistik məlumatlar təqdim etdiyi üçün Dünya Bankı bu ölkələrin adını hesabatdan çıxarıb. Nə vaxt Azərbaycanda normal milli statistika sistemi qurular, ondan sonra ölkə başçısı da daxil olmaqla bütün rəsmi şəxslərin iqtisadi inkişafa dair açıqlamaları bizə inandırıcı görünər”.

Dünənki müşavirədə ölkə başçısı noyabrın 10-da imzalanmış sülh bəyanatının qaranlıq məqamlarına toxunaraq razılaşmanın gələcək üçün əsas olacağını bildirib: "Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”.

Hüquq müdafiəçisinin fikrincə, Laçın koridorunun statusu qeyri-müəyyən olaraq qalır: "İndiyədək bütün sülh danışıqlarında ora Dağlıq Qarabağ ermənilərinin istifadəsi üçün nəzərdə tutulub. Buna heç bir etiraz ola bilməz. Amma orada Azərbaycanın sərhəd-gömrük məntəqəsinin yerləşməsi, habelə Dağlıq Qarabağda aralıq statusun müəyyən olunması əvvəlki sülh danışıqlarında müzakirə predmeti olub. Hələlik bu yöndə irəliləmə yoxdur”.

O həmçinin vurğulayır ki, hazırda Ağdam istiqaməti, bir il sonra isə Şuşadan Qarabağ erməniləri yaşayan əraziyə keçid qapısı yaratmaq olar.

"Yəni ölkəyə Xaçmaz, Qazax və ya Astaradan daxil olan əcnəbi vətəndaş Azərbaycan sərhəd məntəqəsində yoxlanışdan keçib Qarabağa gedə bilər. Bunun üçün soyadı erməni olan xarici ölkə vətəndaşlarının da girişinə "yaşıl işıq” yanmalıdır. Belə bir siyasi iradə varmı? Nəhayət, etnik nifrəti aradan götürmək niyyəti varsa, ermənipərəstlikdə ittiham olunan Əkrəm Əylisli üzərindən ev dustaqlığı da götürülsün, pasportu isə özünə qaytarılsın”, - deyə  hüquq müfafiəçisi bildirib.

 Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo