11:49, 12 İyul 2019 (Cümə) 162

Angela Merkel mərasimdə dövlət himnləri çalınarkən əyləşib

Angela Merkel mərasimdə dövlət himnləri çalınarkən əyləşib


/ DÜNYA
Almaniyanın Kansleri Angela Merkel iyulun 11-də rəsmi mərasimdə dövlət himnləri çalınarkən əyləşib. 

Azadlıq Radiosu xəbər verib ki, kansler jurnalistlərlə söhbətində səhhətinin qeydinə qaldığını deyib.

Bundan əvvəl üç tədbir zamanı Merkel titrəmişdi deyə onun səhhəti sarıdan narahatlıq yaranıb.

İyulun 11-də Berlində Danimarkanın yeni Baş naziri Mette Frederiksen ilə birgə tədbir zamanı kansler əyləşib və normal görünüb.

İyulun 10-da isə Finlandiyanın baş naziri ilə yanaşı dayanan Merkel titrəyirdi. Ancaq o sonradan deyib ki, iyunun ortasında ilk dəfə titrəməsi sonrakı insidentlərə psixoloji təsir göstərib.

Merkel iyundakı insidentə qızmar gündə susuzluğun səbəb olduğunu deyirdi.

Almaniyada dövlət qulluqçularının səhhəti özəl məsələ sayılır.

İyulun 11-də mətbuat konfransında Merkel deyib ki, səhhətinin qeydinə qalmalı olduğunu bilir.

"Təxmin edə bilərsiniz ki, vəzifəmin məsuliyyətini dərk edirəm və səhhətimlə bağlı da buna uyğun davranıram. İkincisi, təxmin edə bilərsiniz ki, sağlam olmaqda və səhhətimin qeydinə qalmaqda böyük şəxsi marağım var”, – o, jurnalistlərin sağlamlığı ilə bağlı sualını belə cavablandırıb.

Gələn həftə 65 yaşı olacaq Merkel 14 ildir Almaniyaya rəhbərlik edir.