Siyasət

Apelyasiya Məhkəməsi Natiq Cəfərlinin xeyrinə qərar verdi

13 Noyabr, 2019
490
Məhkəmə Respublikaçı Alternativ Partiyasının  (ReAl) icraçı katibi, iqtisadçı Natiq Cəfərlinin xeyrinə qərar çıxarıb.

Toplum TV-yə danışan Natiq Cəfərli deyib ki, ilk proses noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində baş tutub.

"Vergilər Nazirliyinin nümayəndəsi gəlmişdi iclasa. Hakim israrla soruşdu ki, bağlı olan VÖEN-imə 2077 manatı nəyə görə yazıblar, bu borcun mənbəyi nədir. Nümayəndə cavab verə bilmədi. Hakimdən 1 gün möhlət istədi ki, bu suala cavab verə bilsin. Hakim də möhlət verib iclası təxirə saldı. Bu gün işə yenidən baxıldı”, - o bildirib. 

İqtisadçının sözlərinə görə, Vergilər Nazirliyi borcun mənbəyi ilə bağlı heç bir sübut gətirə bilməyib: "Vergilər Nazirliyinin dediyinə görə, borc Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin məktubu əsasında qoyulub. Hakim soruşdu ki, yoxlama aparıbsınızmı? Cavab verildi ki, yox. Hakim isə  bildirdi ki, məktub ola bilər, amma siz yoxlama aparmalısınız. Suallar cavablandırıla bilmədikdə  hakim  mənim və vəkilimin izahlarını dinlədi və müşavirəyə getdi. Gələndən sonra mənim apelyasiya iddiamı tamamilə təmin elədilər”.
 
Natiq Cəfərli 2016-cı ilin avqustun 13-də Nəsimi Rayon Məhkəməsində axşam keçirilən iclasda qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilmişdi.
 
ReAl-ın icraçı katibi ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu açıqlamışdı.
 
Həmin ilin sentyabrın 9-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv olunub və o, azadlığa buraxılıb. 

Daha sonra barəsində başlanan cinayət işinə xitam verildiyi açıqlanıb.

Elmar Əziz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo