21:09, 26 İyul 2019 (Cümə) 211

AQTA: 108 min yumurta məhv edilib

AQTA: 108 min yumurta məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda monitorinqlər keçirib. 

Bu barədə Toplum.Tv-yə agentlikdən məlumat verilib.

Məlumata görə, Abşeron rayonu Hökməli qəsəbəsi, "At yalı” adlanan ərazisində fəaliyyət göstərən yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

Baxış zamanı 108 000 ədəd toyuq yumurtasının istifadəyə yarasız olduğu aşkarlanıb. 

Qanunvericiliyə əsasən, yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

Zərifə Novruz