13:03, 20 İyun 2019 (Cümə axşamı) 99

Jurnalist hücumdan 6 həftə sonra ölüb

Jurnalist hücumdan 6 həftə sonra ölüb
Ukraynanın mərkəzindəki Çerkası şəhərində araşdırmaçı jurnalist naməlum şəxsin hücumundan altı həftə sonra vəfat edib.

Ukrayna Jurnalistlərinin Milli Birliyinin rəhbəri Serhiy Tomilenko iyunun 20-də Facebook-da yazıb ki, Vadym Komarov mayın 4-də aldığı yaralardan dünyasını dəyişib. 

Jurnalistə hücum hələ araşdırılır.

Tomilenko yazıb ki, "Çerkasıdakı jurnalistlər bu hücumun, indi isə qətlin əsas səbəbini Vadym Komarov-un peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. O, bir çox yerli siyasətçiləri rahatsız edirdi. Çerkasıdakı korrupsiya ilə bağlı rahatsız suallar verirdi”. 

Tomilenkonun sözlərinə görə, jurnalistlər birliyi "Ukrayna jurnalistlərinin hüquqlarının sözdə deyil, həqiqətən qorunmasını tələb etməkdədir”.

Komarov Kiyevdən 200 km cənubda yerləşən Çerkasıda hücumdan sonra əməliyyat olunub, o vaxtdan komada idi.

Beynəlxalq media azadlığı təşkilatları Kiyevi hücumu hərtərəfli araşdırmağa, cəzasız qalmamasını təmin etməyə çağırıb.
 
AzadliqRadiosu