Dünya

Araşdırmaçı jurnalist və insan haqları müdafiəçisi hücuma məruz qalıb

7 Fevral, 2020
544
Rusiyanın Çeçenistan regionunda araşdırmaçı jurnalist Yelena Milaşina və insan haqları müdafiəçisi Marina Dubrovina hücuma məruz qalıblar.

AzadlıqRadiosunun məlumatına görə,Moskvada mənzillənən "Novaya Gazeta” xəbər verir ki, reportyoru və insan haqları vəkili tanınmış bloqerin məhkəməsini izləmək üçün Çeçenistan paytaxtı Qroznıya gediblər. Fevralın 6-da axşam bir qrup naməlum şəxs onlara hücum çəkib.

Milaşina feysbuk sosial şəbəkəsində insidentlə bağlı polisə şikayətinin surətini yayıb.

Qadınların da olduğu dəstə Milaşina və Dubrovinaya otel girəcəyində hücum çəkib, onları yumruqlayıb və təpikləyib.

Qəzet naməlum şəxslərin insidenti lentə aldığını yazır.

Qadınlar Qroznıya yerli bloqer İslam Nuxanovun məhkəməsini izləməyə gediblər. Bloqer Çeçenistan lideri Ramzan Kadyrov-un qohumları və ailə üzvlərinin yaşadığı iddia olunan varlı məhəlləni çəkərək internetdə yerləşdirib.

Nuxanov qanunsuz silah saxlamaqda ittiham olunur.

Yelena Milashina Çeçenistanda insan haqlarının acınacaqlı vəziyyətinə dair araşdırmaçı yazıları ilə tanınıb. Kadyrov isə onun yazdıqlarını rədd edib.

İnsan haqları qrupları deyirlər ki, 2007-ci ildən Çeçenistana rəhbərlik edən Kadirov repressiv tədbirlərə əl atır, regionda təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaradıb. Onlar siyasi opponentlərin Çeçenistan hakimiyyəti tərəfindən qorxudulması, zorakılıq üçün Kadirovun tam məsuliyyət daşıdığını deyirlər. Regionda adam oğurluğu, yoxaçıxmalar, işgəncə, məhkəmədən kənar qətl hadisələri də baş verir.

Kremlin tənqidçilərinin fikrincə, Prezident Vladimir Putin bütün bunlara göz yumur, çünki Çeçenistanda separatçı əhvalın nəzarətdə saxlanmasında keçmiş komandir Kadirova etibar edir. Sovet İttifaqı dağılandan sonra Çeçenistanda iki müharibə baş verib, islamçıların silahlı mübarizəsi Şimali Qafqazdakı digər müsəlman regionlara da yayılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo