16:09, 20 Sentyabr 2019 (Cümə) 60

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. 

Daha sonra Xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb.

81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Xanəndə 1998-ci ildə "Şöhrət" ordeni,   2008-ci ildə "İstiqlal" ordeni, 2018-ci ildə "Şərəf" ordeni  ilə təltif edilib.