Siyasət

Arif Hacılı: "Bir qrup polis ata yurduma basqın edib"

24 May, 2019
690
"Bir qrup polis Zaqatalada ata yurduma basqın edib”.

Bunu feysbuk hesabında Müsavat Partiyasının başqanı Arif Hacılı yazıb. 

O, hökumətin bütün qırmızı xətləri aşdığını deyib: "Sözdə islahatdan danışanlar əməldə ölkəni vətəndaş qarşıdurmasına sürükləyir. İndi də polis Zaqatalada ata yurduma basqın edib”.

Arif Hacılı Toplum Tv-yə verdiyi açıqlamasında, orada Müsavat Partiyası Zaqatala rayon təşkilatının növbəti toplantısı keçiriləcəyini deyib: "Hakimiyyət dairələri Müsavat Partiyasının təşkilat strukturunun keçirəcəyi növbəti yığıncağa maneçilik törətməyə cəhd göstərir. Bunu nəzərə alaraq biz qərara gəldik ki, toplantı mənim evimdə keçirilsin. Hakimiyyətin buna maneçilik törətməsini qarşını almaq üçün belə bir qərar qəbul olundu. Bununla belə hakimiyyət dairələri bu toplantıya müdaxilə etmək istəyirlər. Sabah keçirilməsi nəzərdə tutulan toplantı ilə bağlı bugündən belə tədbirlər görürlər". 

Çoxsaylı polislər mənim Zaqatala rayonu Tala kəndində olan ata yurduma gəliblər və orada bu toplantının keçirilməsi barədə xəbər tutduqlarını, bunun qarşısını alacaqlarını və burada qarşıdurma yaradacaqlarını deyiblər. Partiyanın struktur fəaliyyəti ilə  keçirdiyi tədbirlərlə bağlı müvafiq icra strukturlarına və inzibati orqanlara məlumat verməsi tələbi mövcud deyil”, - o bildirib.

Arif Hacılı əlavə edib ki, bu məsələ ilə əlaqədar polis müdaxiləsi tamamilə qanunsuz, əsassız və hüquqa zidd olan hərəkatdır: "Hüquqi nihilizmin və siyasi partiyaların öz fəliyyətini aparmasına maneçilik törətməsinin bariz nümunəsidir”.

Uğur Fərzəli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo