13:59, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 1131

Arif Hacılı: "Eldar Əzizova müraciət edirəm ki..."

Arif Hacılı:
"Eldar Əzizova müraciət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin”.

Musavat Partiyasının başqanı Arif Hacılı öz feysbuk hesabından Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova müraciət ünvanlayıb. 

BŞİH oktyabrın 7-də partiyaya qurultay keçirməsi üçün "Büllur” sarayını təklif etsə də, şadlıq evinin sahibi buna razılıq verməyib. 

Arif Hacılı İcra Hakimiyyəti başçısından məsələyə baxılmasını tələb edib.

""Siyasi  Partiyalar Haqqında” Qanuna əsasən qurultayımıza yer alması hökumətin, bu halda BŞİH-in borcudur, vəzifəsidir", - Arif Hacılı qeyd edib.

Arif Hacılı onu da bildirib ki, bir partiyanın piketinə icazə verilməsini az qala demokratik açılım kimi dəyərləndirənlərin də Müsavat Partiyasının qurultayına uyğun yer  ayrılması tələblərinə dəstək verəcəklərinə inanır.

Elmar Əziz