16:05, 30 Sentyabr 2019 (Bazar ertəsi) 79

Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb

Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb
Müsavat Partiyasının hazırki başqanı Arif Hacılı yenidən partiya başqanlığına namizədliyini irəli sürüb.

Bu barədə o, feysbuk səhifəsində yazıb. 

"Müsavat Partiyası başqanllğına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq. Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir. Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV lər vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq", A.Hacılı bildirib. 

Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur. Qurultayda partiyaya başkan seçkisi keçiriləcək. Arif Hacılıdan əlavə Müsavat başqanı postuna partiya funksionerləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliklərini irəli sürüblər.

Partiyanın sonuncu qurultayı 2014-cü ilin sentyabrında keçirilib. Həmin qurultayda Arif Hacılı başqan seçilib.