12:39, 11 Aprel 2019 (Cümə axşamı) 188

Arlem Dezir Mehman Hüseynovun ölkə çıxışına qoyulan qadağının ləğvinə çağırıb

Arlem Dezir Mehman Hüseynovun ölkə çıxışına qoyulan qadağının ləğvinə çağırıb
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun xaricə səfərinə qoyulan qadağını pisləyib.

O, Azərbaycan hakimiyyətini bu məhdudiyyəti aradan qaldırmağa çağırıb.

Arlem Dezir özünün Twitter səhifəsində qeyd edib ki, M.Hüseynov onun ofisi tərəfindən Vyanada jurnalistlərin təhlükəsizliyilə bağlı konfransa dəvət edilib.

Aprelin 9-da Mehman Hüseynovu ölkədən buraxmayıblar. O, Berlin, Strasburq və Vyanada bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək üçün Berlin aviareysilə getməliydi.

Mehman Hüseynov Nəsimi rayon polis rəisinin iddiası ilə iki il həbs cəzası çəkdikdən sonra martın 2-də azadlığa buraxılıb.

O, Amnesty International tərəfindən "vicdan məhbusu" kimi tanınıb