Siyasət

AŞ: "Azərbaycan multikulturaldır, lakin..."

4 Fevral, 2019
943
Azərbaycan cəmiyyəti mədəniyyətlərarası və dinlərarası dözümlülük ilə xarakterizə olunur. Hakimiyyət milli azlıqları dəstəkləyir. Lakin milli azlıqlar üçün hərtərəfli qanunvericiliyin və konsultativ mexanizmlərin olmaması, həmçinin ifadə və toplaşma azadlığının məhdudlaşdırılması elə mühit yaradır ki, azlıqlar öz hüquqlarını tam şəkildə reallaşdıra bilmir. Avropa Şurasının milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyası üzrə Konsultativ Komitəsinin Azərbaycan üzrə yeni rəyində gəlinən əsas nəticələr budur. Nəticələr Azərbaycan hökumətinin şərhləriylə birgə dərc edilib.

Komitə etiraf edib ki, çoxmillətli Azərbaycanda hakimiyyət milli azlıqların mədəniyyətinin dəstəklənməsi üzrə geniş tədbirlər həyata keçirib. Komitə multikulturalizm və dözümlülük sahəsində gənclərin maarifləndirilməsi ilə bağlı səyləri alqışlayır. Rus və gürcü dillərinin tədrisi nisbətən yaxşı inkişaf edib və milli azlıqların dilləri üçün dərs materiallarının dərcində yaxşılaşma var. Komitə daxili köçkün şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasındakı mühüm irəliləyişi alqışlayır.

Lakin Konsultativ Komitə təəssüflə qeyd edir ki, Azərbaycan ancaq Komitənin əvvəlki tövsiyələrinin yerinə yetirilməsində məhdud irəliləyişə nail olub. "Təəssüf ki, indiyədək milli azlıqların hüquqlarının qorunması üçün konsultativ mexanizm və ya hərtərəfli qanunvericilik yoxdur. Milli azlıqların nümayəndələri öz hüquqlarını bilmir və buna nail olmaqda çətinlik çəkir", - Komitənin rəyinin açıqlanması ilə bağlı məlumatda deyilir.

Azlıqların dillərində radio ve televiziya yayımına mövcud maneələrin aradan qaldırılması ilə bağlı heç bir addım atılmayıb, indiyədək çap KİV-ə dəstək yoxdur. Universitet səviyyəsində rus və gürcü dillərindən başqa digər azlıqların dillərini öyrənmək imkanları yoxdur.

"Ümumilkdə, Azərbaycanda müxtəlifliyə münasibət davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qonşu Ermənistana münasibətdə daimi düşmənçilik mövqeyilə konstatasiya olunur ki, bunu da çətin ki etnik qrup kimi ermənilərə qarşı nifrətedici fikirlərdən fərqləndirmək olar", - məlumatda deyilir.

Komitə Azərbaycanda qeyri-hökumət təşkilatları və insan hüquqlarının təşviqi ilə məşğul olan ayrı-ayrı şəxslər, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün məhdud və problemli hüquqi və siyasi şəraitin qalmasından dərin narahatdır. Məruzədə qeyd olunur ki, əsasən "talış və ləzgi azlıqlara mənsub şəxslər azlıqların hüquqlarının reallaşdırılması zamanı Azərbaycanın ərazi bütövlüyünə şübhə edənlər kimi qəbul edilmək riskinə məruz qalırlar".

Konsultativ Komitəsi təcili fəaliyyət üçün aşağıdakı tədbirləri görməyə çağırır:

- 2019-cu ildə əhalinin siyahıya alınmasında sərbəst və könüllü özünüidentifikasiya və bir dildən çox dilin göstərilməsi imkanlarının nəzərdə tutulması təmin olunsun;

- milli azlıqların müdafiəsi üçün adekvat hüquqi bazanın və hərtərəfli antidiskriminasion qanunvericiliyin qəbulu, həmçinin həmin məsələlərin koordinasiyası üçün ixtisaslaşdırılmış orqanın yaradılması;

- fikrin ifadə olunması azaldığı və assosiasiya azaldığı yolunda maneələrin aradan qaldırılması;

- azlıqların dillərinin tədrisi sahəsinin genişləndirilməsi və azlıqların dillərinin öyrənilməsi hüququ barədə maarifləndirmənin artırılması.

Əlavə tövsiyələr QHT-lərlə bağlı qanunvericiliyin və praktikanın beynəlxalq tövsiyələrə uyğunlaşdırılmasını, azlıqların dillərində yayımın genişləndirilməsini, dövlət orqanları ilə əlaqələrdə azlıqların dillərindən istifadə hüququnun təminatını, əsasən və əhəmiyyətli dərəcədə azlıqların məskunlaşdığı regionlarda azlıqların dillərində topoqrafik adların göstərilməsinə icazə verilməsini əhatə edir.

Öz növbəsində Azərbaycan Respublikası hökumətinin bu rəy ilə bağlı şərhində deyilir ki, Azərbaycanda azlıqların hüquqları Azərbaycan Konstitusiyasında və digər hüquqi aktlarda əksini tapmış davamlı hüquqi əsaslarla qurulur. Konstitusiya milli azlıqların nümayəndələri də daxil olmaqla, hamının hüquq bərabərliyini təmin edir. Azərbaycan Avropa Şurasına üzvlükdən əvvəl milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyasına qoşulmaqla onun reallaşmasına önəm verir. Azərbaycan monitorinqlər çərçivəsində əməkdaşlığa hər zaman hazır olub.

"Bu fonda Konsultativ Komitənin özünün dördüncü rəyində Azərbaycanda yaşayan milli azlıqların hüquqlarına hörmətlə yanaşılması, müdafiəsi və irəliləməsi ilə bağlı Azərbaycanın öhdəliklərini və ardıcıl səylərini dəqiq əks etdirə bilməməsi təssüf doğurur", - Azərbaycan hökumətinin iradlarında qeyd olunur.

Sənəddə "bəzi hallarda Konsultativ Komitənin mənbə göstərmədən əsassız ittihamlar irəli sürməsi faktı məyusluq doğurur".

"Etiraf etmək lazımdır ki, Çərçivə Konvensiyasına uyğun olaraq hüquq və azadlıqların həyata keçirilməsi dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətdə iştirakı heç bir şəkildə nəzərdə tutmur", - Azərbaycan hökumətinin şərhində deyilir.

İradlarda həmçinin rəyin Ermənistanla münaqişəyə dair müddəaları ilə bağlı narazılıq ifadə olunur.

"Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı nəticəsində öz əsas hüquq və azadlıqlarından məhrum olmuş yüz minlərlə məcburi köçkünün vəziyyətindən Konsultaiv Komitənin xəbərsiz olduğunu düşünmək çətindir. Başa düşmək çətindir. Niyə Komitə hərbi işğalın uzanması nəticəsində məcburi köçkünlərin çətinliyinin, iztirabının artmasından irəli gələn açıq fikirləri, məyusluğu və narazlığı "nifrətedici fikirləri"n təzahürü kimi qələmə vermək qərarına gəlib? Bu əsassız tələb Azərbaycanda azlıqların hüquqlarının müdafiəsi məqsədinə xidmət edə bilməz", - Azərbaycan hökumətinin şərhində deyilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo