Sosial

AŞPA ''Maqnitski aktı''nın analoqunu qəbul edə bilər

11 Sentyabr, 2018
1567
Avropa Şurası Parlament Assambleyası Hüquq komissiyası AŞ ölkələrini "Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırır, DW bildirir.

Nəşrin məlumatına görə, komissiyanın bəyanatı sentyabrın 10-da dərc edilib.

Komissiyanın qətnaməsinin layihəsi insan hüquqlarının kobud pozulmasına şəxsən cavabdeh olan şəxslərə viza verilməsinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

Bu cür aktlar "cəzasızlığa qarşı mübarizədə yaxşı alətdir”,- britaniyalı deputat Donald Anderson bildirib. Onun hesabatı layihənin əsasını təşkil edib. Onun sözlərinə görə, belə normaların olması "potensial insan haqları pozucularına qabaqlayıcı təsir göstərəcək. Belə ki, onlar öz ölkələrində özlərini məsuliyyətdən qorunmuş hiss edirlər, ancaq öz əməllərinin bəhrəsini xaricdə dadmaq istəyirlər”.

Layihənin müzakirəsi 2019-cu ilin yanvarında Strasburqda AŞPA-nın qış sessiyasında olacaq.

"Maqnitski siyahısı” 2012-ci ildə Vaşinqtonda hazırlanıb. Akt Hermitage Capital-ın hüquqşünası Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin çevrəsini müəyyən edib və rusiyalı bəzi məmurlara qarşı viza və maliyyə sanksiyalarını tətbiq edib.

Vaşinqton məhkəmədənkənar çəkişmələr, işgəncələr və digər kobud insan haqları pozuntularına görə məsul olan şəxsləri qara siyahıya daxil edib.

Maqnitski qanunu və ya aktı (ingilis dilində Magnitsky Аct) altı ölkədə qəbul edilib. İlk dəfə 2012-ci ildə ABŞ-da qəbul edilib. Sonra oxşar qanunlar Estoniya (2016-cı il), Kanada və Litva (2017-ci il), Latviyada (2018-ci il) təqdir edilib. 2017-ci ildə Böyük Britaniyada "Maqnitski qanunu"nun birinci hissəsi qəbul edilib.Bu, Londonun hesab etdiyi kimi, kobud insan hüquqları pozuntusunda əli olanların aktivlərinin dondurulmasına aiddir.

"Maqnitski aktı” demək olar ki, eyni vaxtda qəbul edilmiş "Cinayət mənşəli maliyyələr haqqında” Britaniya qanununa əlavə edilib. Bu, hökumətə "çirkli pullar” və onların sahiblərinə qarşı bir neçə mübarizə aləti verib.

BBC-nin məlumatına görə, həmin alətlərdən ən çox müzakirə ediləni "naməlum mənşəli sərvət haqqında sorğu"dur. Bu sorğunun mahiyyəti aşağıdakıdır: hüquq-mühafizə orqanları öz vətənində publik fiqur olan və Britaniyada 50 min funtdan yuxarı əmlaka sahib olan şəxsdən bu əmlaka xərclədiyi pulların mənşəyini açıqlamasını məhkəmə vasitəsilə tələb edə bilər.

Əgər açıqlama olmasa və ya sorğu ünvanlanmış şəxs həmin pulları qanuni yolla əldə etdiyini sübut edə bilməsə əmlak dondurulacaq. Əgər əmlak sahibi polisi və ya məhkəməni aldatmağa cəhd edərsə məhkəməyə hörmətsizliyə görə iki ilədək həbs cəzası da ala bilər.

Qanunun bu hissəsi bu ilin əvvəlindən qüvvəyə minib. Fevralın sonlarında 22 mln. funt dəyərində iki daşınmaz obyektlə bağlı "naməlum mənşəli sərvət haqqında sorğu”ya dair ilk hal (və hələlik son) barədə məlumat verilib. Britaniya Milli Kriminal Agentliyi onların adlarını açıqlamır. Lakin mətbuatın məlumatına görə, o, rusiyalı deyil.

"Turan” informasiya agentliyi yazır ki, bununla əlaqədar Britaniya mənbələrinin məlumatına görə, həmin ölkədə daşınmaz əmlakın alındığı vəsaitin mənşəyinə dair sorğu Azərbaycandan olan yüksək vəzifəli məmurlara qarşı irəli sürülüb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo