10:32, 11 Sentyabr 2019 (Çərşənbə) 68

AŞPA prezidenti Azərbaycanda səfərdədir

AŞPA prezidenti Azərbaycanda səfərdədir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb. 

"Report.az"ın verdiyi xəbərə  görə, ikigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak edəcək.