13:56, 25 İyun 2019 (Çərşənbə axşamı) 99

AŞPA üzv ölkələrin qurumdan çıxarılmasını məhdudlaşdıran qətnamə qəbul edib

AŞPA üzv ölkələrin qurumdan çıxarılmasını məhdudlaşdıran qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələri quruma üzvlükdən çıxara, yaxud fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilməz. 

Bu barədə "Report.az" xəbər verir.

Xəbərdə deyilir ki, qərar qurumun yay sessiyası çərçivəsində iyunun 25-də qəbul edilən "AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsi" adlı qətnamədə qeyd olunub. 

Sənəd belçikalı deputat Petra De Sutterin hesabatı əsasında 118 nəfər lehinə, 62 nəfər əleyhinə və 10 nəfər bitərəf qalmaqla qəbul edilib. Qətnaməyə təklif edilən 220 düzəlişin müzakirəsi bu gün günorta saatlarına qədər davam edib. 

Sənədə əsasən, AŞPA-ya üzv ölkələr etimadlarının yenidən nəzərdən keçirilməsi zəminində qurumdan uzaqlaşdırıla bilməzlər. Qətnamə Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların aradan qaldırılması və nümayəndə heyətinin geri qayıtmasına yol açır.